Ukrayna lideri Zelenski Rusiya ilə sülh üçün Ukraynanın neytrallığını müzakirə etməyə hazır olduğunu bildirib. Zelenski Donbas məsələsində Rusiya ilə razılaşmaya getmək istədiyi barədə də mesaj verib.
Zelenski “münaqişənin dondurulmasını” yox, Donbasla bağlı Rusiya ilə razılaşmaya getmək istədiyini bildirib.
“Başa düşdüm ki, Rusiyanı Ukrayna ərazisini tamamilə tərk etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq”, - deyə Ukrayna lideri bildirib.
Tahir TAĞIYEV