Ukrayna-Rusiya danışıqlarının növbəti raundu Türkiyədə keçiriləcək. Bunu Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya deyib.
D.Araxamiya qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqların növbəti raund 28-30 mart tarixlərində Türkiyədə keçirilməsi barədə razılıq əldə edilib.
Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski də deyib ki, bu gün Ukrayna tərəfi ilə videokonfrans vasitəsilə keçirilən görüşlərdə növbəti raundun 28-30 mart tarixlərində üzbəüz keçirilməsi qərara alınıb. "
Tahir TAĞIYEV