Ukrayna prezidenti Vladimir Zelenski yenidən Qərbə müraciət edərək silah istəyib. Zelenski deyib ki, Ukrayna Rusiya raketlərini ov tüfəngi və ya pulemyotla dayandıra bilməz.
O, Ukraynanın Avropanın təhlükəsizliyi üçün kritik nöqtə olduğunu bildirib.
Mariupolu ancaq əlavə tank və təyyarələrin köməyi ilə xilas etməyin mümkün olacağını vurğulayan Zelenski deyib: "Ukrayna rus raketlərini ov tüfəngi və ya pulemyotla vura bilməz. Daha çox şeyə ehtiyac var. Kifayət qədər silah olmadan Mariupolu geri almaq mümkün deyil”.
Tahir TAĞIYEV