Kuril adalarına 3 min əsgər çıxaran Rusiya Sakit Okeandan sonra Rusiyanın Avropanın ən qərb ərazisi olan Kaliniqradda da təlimə başlayıb.
Rusiyanın Baltik Donanması bildirir ki, Kalininqradda keçirilən təlim zamanı S-400 hava hücumundan müdafiə sistemlərindən atış açılıb. Bundan əlavə, güc nümayişi üçün Kalininqrada Su-27 döyüş təyyarələri də göndərilib.
Polşa, Litva və Belarusla əhatə olunmuş Kalininqrad Qərbi Avropada Rusiyadan ayrılmış yeganə torpaq sahəsidir.
Putin bundan əvvəl Kalininqradda “İsgəndər” raketlərini yerləşdirmişdi.
Tahir TAĞIYEV