Ukraynanın işğalı zamanı ən azı 7 min əsgərini itirən Rusiyanın daha generalı öldürülüb.
Rusiyalı general-leytenant Yakov Rezanstev Rusiyanın işğalın ilk həftəsində ələ keçirdiyi, lakin bu yaxınlarda nəzarəti qismən itirildiyi Xersonda öldürülüb.
İşğalın əvvəlində müharibənin qısamüddətli olacağını deyən general-leytenant Yakov Rezanstev Ukraynada öldürülən ən yüksək rütbəli rus zabiti oldu.
Ukrayna Müdafiə Nazirliyi, 49-cu Birləşmiş Orduya komandanlıq edən general-leytenant Rezantsevin Xersonun cənubuna öldürüldüyünü açıqlayıb.
Ukrayna mətbuatı general-leytenantın Çornobaivka aviabazasında öldürüldüyünü yazıb. “The Guardian” qəzetinin yazdığına görə, Qərb rəsmiləri Rusiya lideri Putinin işğalın əvvəlindən səkkiz yüksək vəzifəli generalını itirdiyini bildirib. “The Guardian” öldürülən generalların siyahını da açıqlayıb:
General-leytenant Yakov Rezanstev
General-mayor Andrey Mordviç
General-mayor Oleq Mityaev
General-mayor Vitali Gerasimov
General-mayor Andrey Suxovetski
General-mayor Andrey Kolesnikov
General Maqomed Tuşayev
General Vlayslav Yerşovun isə işdən çıxarıldığı bildirilib
Rusiya tərəfindən Ukraynanın işğalında 20-yə yaxın rus generalın iştirak etdiyi təxmin edilir.
Tahir TAĞIYEV