Ukrayna 14 şəhərin bələdiyyə sədrlərinin Rusiya hərbçiləri tərəfindən girov götürüldüyünü açıqlayıb.
Ukrayna baş nazirinin müavini İrina Vereşuk girov götürülən bələdiyyə sədrlərinin azad edilməsi məsələsini beynəlxalq səviyyədə həll etməyə çalışdıqlarını deyib.
Veresçuk bildirib ki, Rusiya tərəfi yalnız paritet əsasında əsir dəyişdirmək istəyir: "Rusiya burada bərabərlik istəyir. Dənizçilərlə dənizçi, sərhədçilərlə sərhədçi deyir. Məntiqlə soruşuram, Rusiya hərbçiləri tərəfindən girov saxlanılan 14-ü bələdiyyə sədrini kiminlə dəyişəcəyik? Hazırda problemi beynəlxalq səviyyədə həll etməyə çalışırıq”.
Rusiya ilə Ukrayna arasında ilk əsir mübadiləsi martın 24-də baş tutub və Ukrayna “Sapfir” xilasetmə gəmisindən 19 mülki dənizçi və 10 əsgəri geri alıb.
Tahir TAĞIYEV