Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov sosial şəbəkədə avropalılarla bağlı yayılan karikaturaya görə, Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransa XİN-dən verilən açıqlamada Rusiyanın Parisdəki səfirliyinin Twitter-də paylaşdığı karikaturanın qəbuledilməz olduğu bildirilib.
"Biz Rusiya ilə dialoq kanalını saxlamağa çalışırıq, lakin bu hərəkətlər tamamilə qeyri-mütənasibdir", - səfir Meşkovun nazirliyə çağırıldığı bildirilən bəyanatda deyilir.
Qeyd edək ki, Fransa mətbuatında yer alan xəbərlərdə səfirliyin Twitter-də paylaşdığı karikaturada diz çökmüş avropalıların ABŞ-ı təmsil edən şəxsin qarşısında alçaldıcı vəziyyətdə göstərildiyi qeyd edilib.
Sözügedən paylaşım daha sonra silinib.
Tahir TAĞIYEV