Rusiya Gürcüstandakı qoşunlarının bir hissəsini Ukraynaya göndərməyə başlayıb.
Bu barədə açıqlama verən ABŞ-ın adı açıqlanmayan yüksək rütbəli rəsmisi Pentaqonun Rusiyanın Gürcüstandan nə qədər əsgəri çıxardığı barədə məlumatı yoxdur.
“Biz (rusların) Gürcüstandan Ukraynaya qoşun göndərməsinin əlamətlərini görürük” deyən rəsmi hələlik əlavə məlumatlarının olmadığını bildirib.
Digər tərəfdən, ABŞ rəsmisi Rusiya qüvvələrinin Kiyevdəki quru əməliyyatlarını dayandırdığını, hava əməliyyatlarını və raket atışlarını davam etdirdiyini, quru qoşunlarının müdafiə xəttinə doğru geri çəkildiyini müşahidə etdiklərini deyib.
Tahir TAĞIYEV