Rusiyanın Ukraynaya hücumları bütün Avropada ərzaq məhsullarının qiymətində ciddi artıma səbəb olub.
Təchizat zəncirindəki problemlər və Avropanın Ukraynadan idxal edə bilmədiyi məhsullar səbəbindən rəflər boş qalıb. Rəflərdən başqa Almaniyada çörəyin qiymətinin 10 avroya qədər qalxa biləcəyi deyilir.
“Schleswig Holstein” Fermerlər Assosiasiyasının vitse-prezidenti Klaus-Peter Luç Almaniyada 3-4 avroya satılan çörəyin qiymətinin tezliklə 10 avroya qədər arta biləcəyini deyib.
Bildirilir ki, Almaniyada çörək və ərzaq qiymətlərinin hədsiz artmasına buğdanın qiymətinin əvvəlki ilə nisbətən iki dəfə artması səbəb olub.
Rusiya və Ukraynadan Avropaya buğda idxalının dayanması səbəbindən qiymətlərin artacağı təxmin edilir.
Digər tərəfdən daha ucuz məhsullar satan supermarketlər şəbəkəsi “Aldi” 150 adda məhsulun qiymətini artırdığını açıqlayıb. Bir pud buğda ununun qiyməti 15,6 faiz artaraq 39 sent əvəzinə 45 sentdir.
Tahir TAĞIYEV