Kreml Serbiya və Macarıstana qaz tədarükünün həyata keçirildiyi Bolqarıstanın qaz ödənişlərində rubla keçmək istəmədiyi mesajına cavab verib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, məsələ bağlanıb və Bolqarıstan “istəsə də, istəməsə də” rublla ödəniş etməli olacaq.
Serbiyanın narahatlığına gəlincə Peskov deyib ki, bu ölkə Ukrayna ilə bağlı Rusiyaya qarşı hər hansı düşmənçilik hərəkətindən çəkinib: "Bu, Serbiyaya aid deyil. Problemin həllini gözlənilir və təbii ki, Serbiyanın narahatlığı bizim əsas prioritetimiz olacaq".
Qeyd edək ki, Serbiya və Macarıstana qaz tədarükünün həyata keçirildiyi ölkə olan Bolqarıstan qaz ödənişlərində rubla keçmək istəmədiyini açıqlayıb.
Ölkənin keçmiş energetika nazirinin müavini Yavor Kuyumdzhiyev isə bildirib ki, ölkə Rusiya qazından çox asılıdır və alternativləri yoxdur.
Serbiya prezidenti Aleksandr Vuçiç də Moskvanın qərarının çoxlu problemlər yaradacağını bildirib.
Tahir TAĞIYEV