Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Rusiyanın G20-dən çıxarılması çağırışına münasibət bildirib.
Peskov belə bir qərarın Rusiya üçün çox dağıdıcı olmayacağını deyib: "G20 formatı vacibdir, lakin indiki vəziyyətdə, üzv dövlətlərin əksəriyyətinin bizimlə iqtisadi müharibə vəziyyətində olduğu bir vəziyyətdə qrupdan çıxarmamızın nəticələri çox da dağıdıcı olmayacaq".
Peskov həmçinin Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara cavab olaraq dünyanın ABŞ və Avropadan daha böyük olduğunu və Moskvanı təcrid etmək cəhdlərinin nəticəsiz qalacağını bildirib.
Tahir TAĞIYEV