Rusiya Federasiya Şurasının üzvü Aleksandr Pronyuşkin KİV-lərə Vladimir Jirinovskinin vəfat etdiyini deyib.
Qeyd olunub ki, 75 yaşlı siyasətçi koronavirusun fəsadları nəticəsində həyatını itirib.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin ölüm xəbərini təkzib edib.
Trend-in məlumatına görə, V.Volodin öz açıqlamasında 75 yaşlı siyasətçinin vəziyyətinin ağır olduğunu bildirib.