ABŞ prezidenti Co Bayden bütün Duma üzvlərini, Rusiya parlamentinin aşağı palatasını, 400 rus oliqarxını və müdafiə şirkətlərini hədəf alan yeni sanksiyalar paketini təsdiqlədiyini açıqlayıb.
ABŞ Maliyyə Nazirliyi Rusiya Dövlət Dumasının 328 deputatının və Rusiyanın ən böyük maliyyə qurumlarından biri olan “Sberbank”ın baş icraçı direktoru Herman Qrefin də sanksiya siyahısına əlavə edildiyini açıqlayıb.
Sözügedən sanksiya qərarının Avropa Birliyi (AB), İngiltərə və Kanada ilə birlikdə alındığı bildirilən açıqlamada bunun “Putini müharibəyə görə məsul tutmaq üçün davam edən birliyi” ifadə etdiyi qeyd edilib.
Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss Rusiyaya qarşı 65 yeni sanksiya tətbiq edildiyini elan edib. Yeni sanksiyalar Putinin şəxsi ordusu kimi görünən yarımhərbi təşkilat “Vaqner” qrupunu, strateji sektorları, bankları və biznes elitasını hədəf alır.
Kremldən isə Britaniyanın baş naziri Boris Consonun ən fəal anti-Rusiya lideri olduğu bildirilib.
Kremlin sözçüsü Peskov deyib ki, biz onu anti-Rusiya yarışının ən fəal iştirakçısı kimi görürük. Bu, xarici siyasətin dalana dirənməsinə gətirib çıxaracaq.
Tahir TAĞIYEV