Belçikanın paytaxtı Brüsseldə Rusiya-Ukrayna müharibəsi ilə bağlı toplaşan NATO-nun Fövqəladə Liderlər Zirvəsində birgə bəyanat qəbul edilib.
Zirvədən sonra mətbuat konfransı keçirən NATO baş katibi Stoltenberq NATO liderlərinin Ukraynaya daha çox dəstək məsələsində razılaşdıqlarını deyib.
“4 NATO ölkəsinin lideri Ukraynaya dəstəyimizi təsdiqlədi. Baltik dənizindən Qara dənizə qədər dəstəyimizi artıracağıq. Rusiyaya sanksiyaları davam etdirəcəyik. NATO liderləri çəkindirmə qabiliyyətini artırmaqla bağlı razılaşıblar. Şərq cinahda daha çox əsgərimiz olacaq. Sualtı və hava donanmamızı gücləndirəcəyik. Döyüş gəmiləri daimi xidmətdə olacaq. Bunun təfərrüatlarına iyunda Madriddə keçiriləcək sammitimizdə qərar verəcəyik. NATO liderləri Ukraynaya daha çox dəstək barədə razılığa gəliblər. Ukraynaya tank əleyhinə və İHA kimi hərbi yardımları davam etdirəcəyik. Daha çox humanitar və maliyyə yardımı göstəriləcək. Müttəfiqlər Rusiyanın təhdid və təzyiqi ilə üzləşən Bosniya və Herseqovina kimi ölkələrə də yardım etmək üçün anlaşdı. Eyni zamanda Çinə münaqişənin sülh yolu ilə həlli üçün öz təsirindən istifadə etməsini təklif etdik. Rusiyanın Ukraynaya hücumlarına görə də Belarusu günahlandırdıq. NATO müdafiə sahəsinə investisiyalarını artırmağa razılaşdı. Avropa və Şimali Amerika birlikdə olmağa davam edəcək”, - deyə o bildirib.
Tahir TAĞIYEV