Azov dənizinin sahilində yerləşən Berdyansk limanında güclü partlayış baş verib, daha sonra yanğın başlayıb. Ukrayna hakimiyyəti rus işğalçılarının ələ keçirdiyi limanda hərbi gəminin partladıldığını açıqlayıb.
Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko Rusiya ordusunun Qara dəniz donanmasında olan “Orsk” hərbi gəmisinin məhv edildiyini bildirib. Batırılan Orskdan başqa iki Rusiya hərbi gəmisindən qara tüstü yüksəlməyə başlayıb.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Azov dənizinin sularında batırılan nəhəng desant “Orsk” gəmisində 20 tank, 45 zirehli maşın və 400 desant olduğunu bildirib. Sosial mediada paylaşılan görüntülərdə bir rus döyüş gəmisinin vurulduğu, digərlərinin isə limanı sürətlə tərk etməyə çalışdığı görülüb.
Amerikanın Associated Press (AP) xəbər agentliyi xəbər verir ki, Moskvadan fevralın 27-dən bəri rus işğalçılarının nəzarətində olan şəhərdə baş verən partlayış və hərbi gəminin batması ilə bağlı heç bir açıqlama verilməyib. Berdyansk həftələrdir Rusiyanın intensiv bombardmanları altında olan Mariupoldan 75 kilometr şimal-qərbdə yerləşir.
TAHİR