Amerika mənbələrinin məlumatına görə, ABŞ və Qərb müttəfiqləri Rusiyanı G20-dən çıxarmaq üçün yollar axtarır. Bundan əvvəl Polşa ABŞ-a Rusiyanı qrupdan çıxarmağı təklif etdi və "müsbət" cavab aldı.
G20 dünyanın 20 ən böyük iqtisadiyyatına ev sahibliyi edən və iqlim dəyişikliyi və inkişaf kimi qlobal iqtisadiyyata aid məsələləri müzakirə edən qrupdur.
Ancaq Rusiyanın G20 qrupundan çıxarılması mübahisələrə səbəb olub. Qeyd edilir ki, Qərbin Ukraynada müharibə başlayandan bəri sanksiyalar tətbiq etdiyi Rusiyanı qrupdan çıxarmaq təklifinə Səudiyyə Ərəbistanı, Çin və Hindistan veto qoya bilər.
Belə bir təklifi dəstəkləməyəcəyini bildirən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, G20 beynəlxalq iqtisadi əməkdaşlıq üçün əsas forumdur. Rusiya mühüm üzvdür və heç bir üzvün başqa ölkəni qrupdan ixrac etmək hüququ yoxdur.
Bəzi ekspertlər isə deyirlər ki, G7 ölkələri bu ilin oktyabrında İndoneziyada keçiriləcək G20 sammitini boykot edə bilərlər.
Məsələ ilə bağlı ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan deyib ki, beynəlxalq qurumlarda həmişə olduğu kimi bu il Rusiya üçün işlər yolunda getməyəcək.
Kremldən isə ABŞ-ın Rusiyanın G20 üzvlüyü ilə bağlı digər ölkələrə təzyiq göstərdiyi, bəzi ölkələrin isə hələ də buna müqavimət göstərdiyi qeyd edilib. Bildirib ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, G20-yə daxil olan bəzi ölkələr öz müstəqil mövqelərini qoruyub saxlayırlar.
Rusiyanın İndoneziyadakı səfiri isə Rusiya lideri Putinin bu il keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, Rusiya 2000-ci illərdə G8 kimi genişlənən qrupun bir parçası olub, lakin 2014-cü ildə Krımın ilhaqından sonra bu qrupdan çıxarıldı, qrup indi G7 adlandırılır.
Tahir TAĞIYEV