Rusiya Polşanın Ukraynaya beynəlxalq sülhməramlı missiya göndərilməsi və missiyanın özünümüdafiə üçün lazımi vasitələrlə təchiz edilməsi təklifinə sərt cavab verib.
Rusiyanın xarici işlər naziri Lavrov bildirib ki, Ukraynaya sülhməramlıların göndərilməsi NATO ilə Rusiya arasında birbaşa münaqişəyə səbəb ola bilər.
Kremldən də Ukraynaya sülhməramlıların göndərilməsi ideyasının çox təhlükəli olduğu və onun düzəldilməsi çətin nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.
Bu arada, Rusiyanın mərkəzi mediasında ekspertlər indi ekranlarda Polşanı necə bombalamağı müzakirə etməyə başlayıblar. Mütəxəssislər xəritənin yuxarı hissəsində Polşanın paytaxtı Varşavanın necə bombalanacağını müzakirə ediblər.
TAHİR