Tarixi sanksiyalarla mübarizə aparan və təyyarələri Qərb ölkələri tərəfindən müsadirə edilən Rusiya sözügedən ölkələrə cavab verib.
Qeyd edilir ki, Rusiya ölkədəki 78 xarici təyyarəyə əl qoyub. Bundan əlavə, hava yolları şirkətlərinin istifadə etdiyi 800 təyyarənin Rusiya reyestrinə daxil edildiyi bildirilir.
Xatırladaq ki, Rusiyanın nəqliyyat naziri Vitali Savelyev deyib ki, rus viaşirkətlərinə məxsus təxminən 80 təyyarə anti-Rusiya sanksiyaları səbəbindən xaricdə müsadirə olunub.
“Bizim ümumilikdə 1,367 min təyyarəmiz olub. 78 təyyarə itirdik, uçuş zamanı onlar müsadirə edildi”, - Savelyev Federasiya Şurasının iqtisadi siyasət üzrə komitəsinin iclasında bildirib.
Savelyevin sözlərinə görə, Rusiya pul müqabilində geri alınmasına dair Qərbin lizinq şirkətləri ilə razılaşmağa çalışır, lakin onlar danışıqlara razı olmurlar.
TAHİR