Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynaya hücumlarından sonra prezident Zelenskiyə və ailəsinə Böyük Britaniyadan sığınacaq təklif edib.
Conson deyib ki, ancaq Zelenski onun təklifini rədd edib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden də Rusiya hücumlarının başlamasından qısa müddət sonra Zelenskini Kiyevdən təxliyə etməyi təklif edib. Lakin Zelenski Baydenə “Mənə qaçmaq yox, sursat lazımdır” cavabını verib.
TAHİR