Ukrayna prezidenti Zelenski bildirib ki, Rusiya ilə danışıqlarda razılaşdırılacaq məsələlər Ukraynada referenduma çıxarılmalıdır.
O, bəyan edib ki, Rusiya ilə davam edən müharibəyə son qoymaq üçün razılaşdırılmış bütün təkliflər referendum yolu ilə Ukrayna xalqının müzakirəsinə verilməlidir.
Zelenski vurğulayıb ki, Krım da daxil olmaqla Rusiya qüvvələrinin işğal etdiyi ərazilər və ya NATO-ya üzvlük əvəzinə Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri referenduma çıxarıla bilər.
TAHİR