Ukrayna prezidenti Zelenski İsrail parlamentinin xüsusi iclasına videokonfrans vasitəsilə qoşularaq İsraildən hərbi dəstək istəyib. O, deyib ki, Ukraynaya Ukraynadakı yəhudiləri qorumağa kömək edin.
Zelenski Ukrayna vətəndaşlarının Rusiyanın apardığı müharibə səbəbindən öz ölkələrini tərk etmək məcburiyyətində qalmasını keçmişdə yəhudilərin vəziyyəti ilə müqayisə edib: “Millətimiz indi Polşa, Slovakiya, Çexiya, Almaniya və onlarla başqa ölkəyə qaçaraq təhlükəsiz yer axtarır. Sizin keçmişdə etdiyiniz kimi".
"Sizin Dəmir Kubbe sisteminiz dünyanın ən yaxşısıdır. Siz öz maraqlarınızı qoruya bilirsiniz. Ukraynaya Ukraynadakı ukraynalıları və yəhudiləri də qorumağa kömək edin. Maraqlıdır, biz niyə sizdən hərbi sursat ala bilmirik. İsrail niyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib? Rus şirkətlərinə niyə təzyiq göstərmir?” - Zelenski israilli deputatlara müraciətində deyib.
TAHİR