Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Putinə çağırış edərək onunla görüşə hazır olduğu mesajını verib.
ABŞ-ın CNN kanalına danışan Zelenski müharibəni danışıqlar olmadan bitirə bilməyəcəklərini düşündüyünü deyib.
O deyib ki, müharibəni dayandırmaq üçün cəmi 1 faiz şansımız varsa, bu şansdan da istifadə etməliyik.
"Rusiya qüvvələri bizi məhv etməyə, öldürməyə gəliblər. Biz Rusiyaya qarşı sərt cavab verməklə xalqımızın və ordumuzun qürurunu göstərə bilərik, amma təəssüf ki, qürurumuz insan həyatını xilas etməyəcək. Ona görə də hesab edirəm ki, Putinlə görüşmək üçün üçün istənilən format, istənilən şansdan istifadə etməliyik.
Amma bu cəhdlər uğursuz olarsa, bu, üçüncü dünya müharibəsinin başladığı anlamına gələr” - Zelenski deyib.
TAHİR