Rusiya Müdafiə Nazirliyi Qara dəniz və Xəzər dənizində hərbi gəmilərdən Ukraynaya qanadlı raketlərin atıldığını açıqlayıb.
Nazirliyin sözçüsü İqor Konaşenkov şənbə gecəsi və bazar günü səhər Ukraynadakı hərbi obyektlərin hədəfə alındığını deyib. Konaşenkovun sözlərinə görə, “Kalibr” qanadlı raketləri Qara və Xəzər dənizlərində Rusiya hərbi gəmilərindən atılıb.
Rusiyanın 2014-cü ildə ələ keçirilən Krım ərazisindən isə hipersonik “Kinjal” (Xəncər) raketləri atılıb. Hipersəs raketi ilə Qara dəniz sahilində, Nikolayev yaxınlığında yanacaq anbarı vurulub.
Rusiya ordusunun açıqlamasında hipersəs raketlərindən Ukraynada ikinci dəfə istifadə edildiyi göstərilir. 2 min kilometr mənzilə sahib olan “Kinjal” hipersəs raketləri səs sürətindən 10 qat daha sürətlidir və müdafiə sistemləri tərəfindən dayandırmaq mümkün deyil.
TAHİR