Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ordusunun səs raketindən istifadə edərək ilk dəfə Ukraynada bir silah sursat anbarını vurduğunu açıqlayıb.
Konaşenkov Rusiya əsgərlərinin Ukraynanın Odessa vilayətinin Velikiy Dalnik və Velikodolinskoe yaşayış məntəqələrindəki Ukrayna ordusunun radioelektron kəşfiyyat mərkəzlərini Bastion sahil müdafiə sistemləri ilə məhv etdiyini açıqlayıb.
“Kinjal” hipersəs raketinin Ukraynada ilk dəfə istifadə edildiyini açıqlayan Konaşenkov martın 18-də hipersəs aeroballistik raketlərə malik “Kinjal” raket sistemi ilə İvano-Frankivsk bölgəsindəki Delyatin qəsəbəsində Ukrayna hərbi birləşmələrinin böyük raket və aviasiya sursatları olan arsenalının məhv edildiyini deyib.
Qeyd edək ki, təxminən 24 il əvvəl hazırlanmağa başlayan Kinjal (Xəncər) raket sistemi həm nüvə, həm də adi döyüş başlıqlarını daşıya bilir. Raketin MiQ-31 kimi döyüş təyyarələrinə quraşdırıla biləcəyi və atıldıqda səs sürətinin 10 qatına (Mach 10) qədər yüksələ biləcəyi bildirilir. 2 min kilometr mənzilə sahib olan raket sisteminin mövcud və inkişaf etməkdə olan bütün hava sistemlərini yox edə biləcəyi iddia edilir.
TAHİR