Fransa mümkün müharibəyə girərsə, ordusunun sursatları 3-4 günə tükənə bilər. Fransa Senatının Xarici Əlaqələr və Müdafiə Komissiyasının sədri Kristian Kambon, Fransanın mümkün uzunmüddətli müharibəni davam etdirmək üçün kifayət qədər sursata malik olmadığını deyib.
Kambon belə bir vəziyyətdə hərbi sursatların bir neçə günə tükənə biləcəyini, hətta bunun 3-4 gündən çox çəkməyəcəyini bildirib.
Ölkəsinin hərbi sursatlarının hazırda Saharaaltı bölgədəki Barhane hərbi hissələrinin xidmətində olduğunu bildirən Kambon, Fransanın digər Avropa ölkələrindən fərqli olaraq öz ehtiyatlarından istifadə etdiyini deyib.
İkinci Dünya Müharibəsi ərəfəsində Fransanın silah-sursat çatışmazlığı yaşadığını xatırladan Kambon “münaqişə qapımıza çatsa, eyni vəziyyətdə qalmaq istəməzdik” deyib.
TAHİR