Kreml Ukraynada İsveç və ya Avstriyada olduğu kimi silahsızlaşdırılmış neytral dövlət qurmaq fikrinə müsbət yanaşdıqlarını açıqlayıb.
Bu məsələnin müzakirə edildiyini deyən Kremlin sözçüsü Peskov deyib ki, Avstriya kimi silahsızlaşdırılmış, lakin öz ordusu olan Ukrayna fikri üzərində razılaşma ola bilər.
O, həmçinin bəyan edib ki, onlar dost olmayan ölkələrin liderlərinə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirirlər.
Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına münasibət bildirən Peskov, "Qərb ölkələrinin hərəkətləri xüsusi mülkiyyətin toxunulmazlığının iflasa uğradığını və orada biznes qurmağın təhlükəsini açıq şəkildə göstərir. Qərbin Rusiyanın mühüm ticarət işləri ilə bağlı hərəkətlərini dövlət səviyyəsində “quldurluq” adlandırmaq olar" deyib.
Peskov ABŞ-ın bununla bağlı bir çox ölkəyə təzyiq etdiyini, lakin bəzi ölkələrin diz çökmədiyini və müstəqil qərarlar verməyə davam etdiyini bildirib.
TAHİR