Rusiyanın Ukraynaya hücumlarının 21-ci günündə daha bir rus general öldürülüb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik rəsmisi Anton Geraşenko 46 yaşlı general-mayor Oleq Mityayevin Mariupolda öldürüldüyünü deyib.
Geraşenko bildirib ki, Mityayev 150-ci motoatıcı diviziyaya komandir olub və Suriyada döyüşüb.
Bununla da Ukraynada öldürülən rus generallarının sayı 4-ə yüksəlib.
TAHİR