Avropa Şurası qitədə mövcud böhranın yaranmasında böyük rol oynayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
"Təəssüf ki, Avropa Şurası ilə məsələ artıq çoxdandır ki, aydın idi. Bu, Rusiyanın sözügedən təşkilatla qarşılıqlı fəaliyyətində və əməkdaşlıq tarixində ilk böhran deyil. Avropa məkanında mövcud geosiyasi vəziyyət bir çox cəhətdən Avropa Şurasının işinin nəticəsidir”, - o, Sputnik radiosunun efirində bildirib.
Onun sözlərinə görə, bu təşkilat bu formada mövcud olduğu müddətcə Rusiyanın Avropa Şurasında heç bir işi yoxdur.
"Biz öz addımlarımızı atdıq, onları izah etdik. Bu təşkilatın bu formada mövcud olduğu müddətcə Rusiya Federasiyasının orada heç bir işi yoxdur", - deyə Zaxarova bildirib.