Rusiyanın Ukraynaya hücumlarından sonra ABŞ başda Rusiya prezidenti Vladimir Putin olmaqla bir çox rus diplomatına sanksiya tətbiq edib.
Rusiyada da ABŞ sanksiyalarına cavab olaraq prezident Co Bayden və dövlət katibi Entoni Blinken də daxil olmaqla 13 ABŞ diplomatına sanksiya tətbiq edib.
Bu qərarın ABŞ-ın sanksiya qərarına cavab olaraq verildiyi vurğulanıb və sözügedən sanksiya siyahısına ABŞ deputatları, nazirlər, hərbçilər, iş adamları və Rusiyaya qarşı olan jurnalistlərin də daxil edilərək genişləndiriləcəyi bildirilib.
Bundan başqa, Rusiya Kanadanın sanksiyalarına cavab olaraq Kanadanın baş naziri Castin Trudeau da daxil olmaqla 313 nəfəri sanksiya siyahısına salıb.
TAHİR