ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sullivan və Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının direktoru Yang Cieçi İtaliyanın paytaxtı Romada bir araya gəlib. Mətbuata qapalı keçirilən görüş təxminən 8 saat davam edib.
Bu barədə açıqlama verən Ağ Evin mətbuat katibi Cen Psaki Rusiyanın Çindən hərbi yardım istəməsi iddialarına da toxunub, ancaq kəşfiyyat məlumatları və bununla bağlı atılacaq addımlar barədə açıqlama verməyib.
"Sullivan Rusiyaya hərbi və digər yardımların edilməsinin sanksiyaların pozulması, müharibənin dəstəklənməsi demək olduğunu və bunun ağır nəticələrinin olacağı ilə bağlı Çinə açıq şəkildə xəbərdarlıq edib. Ancaq bu nəticələrin nə olacağı ilə bağlı ətraflı məlumat verə bilmərəm. Bununla bağlı müttəfiqlərlə danışıqlar aparırıq" - Psaki deyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da Sallivanın Romada Yanqla görüşündə Ukrayna məsələsinin geniş şəkildə müzakirə edildiyini, ancaq söhbətin təfərrüatlarını açıqlaya bilməyəcəyini deyib.
Ukrayna müharibəsinə görə ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyinə diqqət çəkən Prays, "Çin Rusiyaya hərbi cəhətdən və ya sanksiyalardan yan keçəcək şəkildə kömək etsə, bunun nəticələri olacaq" deyib.
Çinin Rusiyaya hərbi və iqtisadi yardım etməyə hazır olduğuna dair ABŞ-ın NATO müttəfiqlərini xəbərdar etməsi ilə bağlı iddialara gəlincə, Prays bu barədə açıqlama verməkdən imina edib.
TAHİR