Ukraynaya qarşı Rusiyanın yanında olan Çeçenistan prezidenti Ramazan Kadırov Ukrayna ərazisində olduğunu və paytaxt Kiyevə girməyi gözlədiklərini açıqlayıb.
Ukrayna kəşfiyyatının Kadırovun Ukraynada ola biləcəyini açıqlamasından sonra sosial media hesabından paylaşım edən Kadırov Ukrayna ərazisində olduğunu təsdiqləyib.
Çeçenistan əsgərləri ilə görüntülərini paylaşan Kadırov Ukrayna Təhlükəsizlik Xidmətini (SBU) da ələ salıb.
"Qostomeldəyik. Keçən gün siz Kiyev faşistlərindən 20 km aralıda idik və indi daha da yaxınlaşdıq və təxmin edin ki, biz nə qədər yaxınlaşmışıq? SBU kəşfiyyat xidmətiniz necə işləməyi ümumiyyətlə bilmir. Deyəsən əcnəbi təlimatçılar və hərbi məsləhətçilər sizi dəbdən düşmüş üsulla öyrədiblər” – Kadırov deyib.
Kadırov açıqlamasının davamında Kiyev administrasiyasını hədələyərək, "Bir anlıq rahatlaya bilərsiniz, çünki bizi axtarmağa ehtiyac yoxdur. Biz sizi özümüz tapacağıq. Amma sizin çox vaxtınız yoxdur. Dəfələrlə dediyim kimi, imtina edib yanımızda dayanasınız yaxşı olar, yoxsa sonunuz gələcək. Təklif hələ də qüvvədədir. Amma bu uzun müddət davam etməyəcək”.
Ukrayna prezidentliyi isə bəyan edib ki, “əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, onu məhv edəcəyik”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumlarının ilk günündən Rusiya prezidenti Vladimir Putinə dəstəyini ifadə edən Çeçenistan prezidenti Ramazan Kadırov minlərlə Çeçenistan əsgərini rus qoşunları ilə birlikdə Ukraynaya göndərib.
TAHİR