Rusiya-Ukrayna müharibəsi 19 gündür davam edir. Ukraynanın şərqindəki Volnovaxa şəhəri tamamilə dağıdılıb. Vilayət qubernatoru şəhərin Rusiya tərəfindən dağıdıldığını deyib.
Britaniyanın “The Sunday Times” nəşrinin “Putin Ukraynanın Volnovaxa şəhərini xəritədən sildi” başlıqlı yazısında, strateji əhəmiyyətli Volnovaxada müharibədən əvvəl 100 mindən çox insanın yaşadığı bildirilir.
Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kyrylenko deyib ki, fevralın 24-də başlayan müharibədən əvvəl Volnovaxa rayonunun əhalisi 100 mindən çox idi: “Artıq dinc əhalinin çoxu təxliyə olunub. Volnovaxa artıq yoxdur".
TAHİR