Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya açıq mesajlar göndərib.
Zelenski Rusiyanın Ukraynanın Lvov şəhərindəki Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzini vurduğunu və buranın NATO üzvü Polşadan 20 kilometr uzaqda olduğunu bildirib: "…Rusiya raketləri və bombaları yenidən ölkəmizi şərqdən qərbə vurdu. Tək Lvov vilayətinə 30 raket düşüb. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin bombardman edilməsi nəticəsində 35 nəfər həyatını itirib, 134 nəfər yaralanıb. Rusiya ərazisini təhdid edə biləcək heç nə yox idi və burdan 20 kilometr uzaqda NATO sərhədləri var".
Bundan əvvəl NATO üzvü olan ölkələrin liderlərinə xəbərdarlıq etdiyini xatırladan Zelenski, "İndi də təkrar edirəm. Əgər səmamızı (Ukrayna hava məkanını) bağlamasanız, Rusiya raketlərinin sizin bölgəyə, NATO ərazisində, NATO vətəndaşlarının evlərinə düşməsi an məsələsidir" deyib.
TAHİR