Rusiyanın maliyyə naziri Anton Siluanov sanksiyalara görə 300 milyard dollara yaxın beynəlxalq ehtiyatlardan istifadə edə bilmədiklərini açıqlayıb.
Siluanov “Rossiya-1” dövlət kanalına açıqlamada ölkəsinin ABŞ və Avropa İttifaqı tərəfindən dondurulan ehtiyatlarından danışıb.
Rusiyanın cəmi 640 milyard dollar civarında ehtiyata sahib olduğuna diqqət çəkən Siluanov, ehtiyatın 300 milyard dollarını istifadə edə bilmədiklərini deyib: “Ehtiyatın bir hissəsi Çindədir və Qərb indi Çinə təzyiq edir ki, bizim bu ehtiyata çıxışımızı məhdudlaşdırsın".
Nazir Qərb bazarları bağlandıqca Çinlə əməkdaşlığın daha da artacağını düşündüyünü deyib.
Siluanov bundan əvvəl bildirmişdi ki, ölkəsi yenidən ehtiyatlarına çıxa bilməsə, xarici borclarını rublla ödəyəcək.
Tahir TAĞIYEV