Kiyev polisinin rəisi Andriy Nebytov ABŞ-ın “New York Times” qəzetinin müxbiri Brent Renaud Kiyevin şimalında, İrpin bölgəsində baş verən qarşıdurmada həlak olduğunu açıqlayıb.
Jurnalistin fotolarını və pasportunu “Facebook” hesabında paylaşan Nebytov daha bir “New York Times” jurnalistinin isə yaralandığını bildirib.
“New York Times” isə Brent Renaudun onlar tərəfindən Ukraynaya göndərilmədiyini açıqlayıb.
TAHİR