İraqın şimalında Ərbil şəhərində ABŞ Baş Konsulluğu binası ilə yanaşı bir çox fərqli hədəflərə raket zərbəsi endirilib.
İraq Kürd Regional Rəhbərliyi xaricdən atılan 12 ballistik raketin Ərbili hədəf aldığını açıqlayıb. ABŞ-ın Ərbildəki Baş Konsulluğu ilə yanaşı, Bərzanilərə məxsus televiziya binası da hədəfə alınıb. Yerli mənbələr binanın zədələnməsi səbəbindən kanalın müvəqqəti olaraq dayandırıldığını bildirir.
Raket hücumundan bir neçə saat sonra açıqlama verən ABŞ Dövlət Departamenti Vaşinqton administrasiyasına aid binaların zərər görmədiyini bildirib.
İraq Kürd Regional Rəhbərliyi ballistik raketlərin İrandan atıldığın işarə edərək, raketlərin İraqın şərqindən və xaricdən atıldığını bildirib. ABŞ da 12 raketin İrandan atıldığını bildirib.
İran dövlət televiziyası isə Ərbili hədəf alan raketlərin İsrailə aid gizli bazaları vurduğunu iddia edib.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə günorta saatlarında raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb. SEPAH İsrailin Ərbildəki strateji mərkəzlərinin hədəf alındığını iddia edib.
TAHİR