Rusiya Ukraynanın Lvov bölgəsində Polşa ilə sərhədinin 25 kilometrliyində olan hərbi bazanı vurub.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da NATO-nun təlim keçdiyi bazanın ruslar tərəfindən hədəf alındığını təsdiqləyib.
Rus qoşunları ilk dəfə Ukraynanın qərb sərhədinə bu qədər yaxın bir nöqtəni hədəfə alır.
Lvov şəhər rəhbərliyi rusların 30 raket atdığı bazada 35 nəfərin öldüyünü, 134 nəfərin yaralandığını açıqlayıb.
Sözügedən bazada əvvəllər NATO tərəfindən ukraynalılara hərbi təlimlər keçirilirdi.