Böyük Britaniya Rusiya Dövlət Dumasının 386 deputatına sanksiya tətbiq edib.
Buna səbəb sözügedən deputatların Ukraynada qondarma respublikaların tanınmasının lehinə səs verməsi və Rusiyanın Ukraynaya hücumuna dəstək verməsidir.
Sanksiyaya məruz qalan deputatların Britaniyaya girişi yasaqlanacaq və onların ölkədəki aktivləri dondurulacaq.