Qərb ölkələrinin ruslara qarşı döyüşmək üçün Ukraynaya yüzlərlə əcnəbi silahlı yığmasına qarşı Rusiya da bölgəyə muzdlular gətirməyə başlayıb.
Ukraynanı işğal etmək əmrini verən Rusiya prezidenti Putin Ukraynaya qarşı döyüşmək istəyən “Yaxın Şərq könüllüləri”ni qəbul etmək üçün yaşıl işıq yandırıb. Putin bu döyüşçülərin Ukraynadakı münaqişə bölgələrinə daşınması barədə göstəriş verib: “Ukraynada Rusiyaya kömək etmək istəyən Yaxın Şərq könüllülərinə döyüş meydanına gəlmələri üçün kömək etmək lazımdır.
Kiyev administrasiyasının Qərb sponsorları beynəlxalq hüquqa zidd olaraq Ukraynaya açıq şəkildə muzdlu əsgərlər göndərirlər”.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, əsasən Yaxın Şərqdən olan 16 min könüllü Ukraynada döyüşmək üçün müraciət edib.
Putin həmçinin Ukrayna ordusundan ələ keçirilən Qərb silahlarının Donbassda Rusiyanın dəstəklədiyi silahlı birləşmələrə verilməsini istəyib.
Hazırda Ukrayna tərəfdə Rusiyaya qarşı yüzlərlə əsasən qərbli muzdluların döyüşdüyü açıqlanıb. Onalaın arasında Britaniya əsgərlərinin olduğu da bildirilir. Britaniya da bunu təsdiqiləyib və əsgərlərin öz imkanları ilə Ukraynaya getdiyi açıqlanıb
Tahir TAĞIYEV