Ağ Ev prezident Baydenlə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon əlaqəsi yaratmağa çalışıb, lakin hər iki şahzadə ABŞ prezidenti ilə danışmaqdan imtina edib.
“Wall Street Journal” qəzetin ABŞ və Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmilərinə istinadən xəbər verir ki, danışıqlarda Baydenin vəliəhdlərlə telefon danışığında Ukraynaya beynəlxalq dəstək məsələsi və dünyada benzinin bahalaşmasının qarşısını almasının müzakirə edilməsi nəzərdə tutulurdu.
Qəzet ona da diqqət çəkir ki, bundan əvvəl Səudiyyə şahzadə bin Salmanın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub.
Qəzet yazır ki, son dövrdə Bayden administrasiyası ilə münasibətləri pis olan Səudiyyə Ərəbistanı ABŞ-dan Yəməndə onlara yardım etməsi, İran məsələsində daha çox dəstək və Camal Kaşıqçı cinayətinə görə ABŞ-da səudiyyəlilərə qarşı açılan məhkəmə proseslərinə müdaxilə etməsini istədiyi bildirilir.
Keçmiş prezident Donald Trampdan sonra BƏƏ-nin də Bayden administrasiyasının siyasətindən narahat olduğu qeyd edilir.
TAHİR