Ukraynada Rusiya işğalına qarşı döyüşlərdə Britaniya hərbçiləri də iştirak edir. Britaniya Silahlı Qüvvələri də kiçik bir qrup hərbçinin döyüşmək üçün Ukraynaya getmiş ola biləcəyi ilə bağlı xəbərləri təsdiqləyib.
Ordudan verilən açıqlamada əsgərlərin öz imkanları ilə Ukraynaya getmiş ola biləcəyi bildirilib: "Onları Böyük Britaniyaya qayıtmağa şiddətlə çağırırıq".
Britaniya ordusu bu xəbərlərdən sonra bütün şəxsi heyətin Ukraynaya səfərinə qadağa qoyub.
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss işğalın ilk günlərində Britaniya vətəndaşlarının Ukraynada müharibəyə getməsini dəstəklədiyini bildirib. Lakin sonradan hökumət Böyük Britaniya Xarici İşlər Nazirliyinin Ukraynaya səfərin tövsiyə edilməməsi ilə bağlı bəyanatını xatırladıb.
Müdafiə Nazirliyi Ukraynada müharibədə iştirak etmiş əsgərlərin mühakimə oluna biləcəyini açıqlayıb.
TAHİR