Amerika hərbi rəsmiləri Ukrayna ilə müharibədə Rusiyanın 5-6 min əsgərini itirdiyii təxmin edir.
CBS televiziyasına danışan ekspert yaralı əsgərlərin sayının 15-18 min arasında olduğunu bildirib.
Adının açıqlanmasını istəməyən eyni ekspert, Rusiyanın itkilərinin "çox, çox ciddi" olduğunu və İkinci Dünya Müharibəsindəki itkilərlə müqayisə oluna biləcəyini söyləyib.
Qeyd edək ki, Ukrayna 12 min rus əsgərinin öldürüldüyünü iddia edir. Rusiya isə ötən həftə 500-ə yaxın əsgərinin öldüyünü rəsmən açıqlayıb.
TAHİR