Bu gün səhər saatlarından etibarən Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin kəsildiyi və generatorların işə salındığı açıqlanıb.
Çernobıl Atom Elektrik Stansiyasının müdiri Valeriya Seydi, AES-in soyudulmasında istifadə edilən dizel yanacağının 48 saat sonra tükənəcəyini və soyutma sistemi işləmədiyi üçün stansiyanın risq altında olacağını bildirib.
“Soyutma üçün istifadə etdiyimiz dizel yanacağı 48 saatdan sonra tükənir. 48 saatdan sonra biz elektrik stansiyasının təhlükəsizliyini tamamilə itirmiş olacağıq. Mərkəzdən aldığımız məlumata görə, elektrik stansiyasında elektrik enerjisinin kəsilməsinə səbəb elektrik cərəyanı sistemindəki nasazlıqdır. Təcili olaraq dəhliz yaradılmalıdır ki, bu problem həll olunsun, təmir olunsun” - Seydi deyib.
Ukrayna xarici işlər naziri Kuleba isə bildirib ki, elektrik stansiyasının soyutma sistemini işlədən generatorun dizel yanacağı 48 saat ərzində tükənəcək və bundan sonra radiasiya sızması risqi başlayacaq.
Tahir TAĞIYEV