Rusiya bir çox Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara eyni şəkildə cavab verməyi planlaşdırır. Rusiya prezidenti Vladimir Putin bəzi məhsulların və xammalın ixracına və idxalına qadağa qoyulması barədə göstəriş verib.
Putin Rusiya sənayesinin fasiləsiz fəaliyyəti üçün bəzi məhdudiyyətləri özündə əks etdirən fərman imzalayıb.
Bəzi məhsul və xammalın ticarətinə məhdudiyyətlərin yer aldığı fərmanda bildirilir ki, hökumət tərəfindən müəyyən ediləcək məhsul və xammalın idxalı və ixracı üçün iqtisadi tədbirlər görüləcək.
Rusiya hökumətinə qadağaların təsirinə məruz qalacaq ölkələrin siyahısını tərtib etmək tapşırılıb. Sözügedən ölkələrin müəyyənləşdirilməsindən sonra siyahının hazırlanacağı və fərmanın qüvvəyə minəcəyi gözlənilir.
Tahir TAĞIYEV