Rusiyanın Ukraynaya hücumlarından sonra iki ölkə arasında Belarusda keçirilən danışıqların üçüncü raundu təxminən 4 saatdan sonra başa çatıb. Görüşdə heç bir nəticə əldə edilməyib, ancaq danışıqların davam etdiriləcəyi bildirilib.
“Danışıqlarda vəziyyəti yaxşılaşdıracaq nəticə əldə edə bilmədik. Humanitar dəhlizlər məsələsində müəyyən irəliləyiş əldə etmişik” - Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Ukrayna prezidentinin baş müşaviri Mixaylo Podolyak görüşdən sonra deyib.
Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya vitse-prezidenti Vladimir Medinski humanitar dəhlizlərin sabah təkrar açılacağını bildirib: “Danışıqlarda gözlədiyimiz nəticələr çıxmadı. Ancaq növbəti dəfə daha vacib addımlar ata biləcəyimizə inanırıq. Danışıqlar davam edəcək”.
TAHİR