Rusiyanın Ukraynaya hücumları davam edir. Müharibənin ortasında olan mülki şəxslər ölkədən çıxış yolu axtarmağa başlayıblar.
Rusiya və Ukrayna ötən günlərdə aparılan danışıqlarda mülki əhalinin təxliyyə edildiyi bölgələr üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəlib. Lakin bombardmanlar davam etdiyi üçün Mariupolda təxliyyə dayandırılıb.
Rusiya ordusunun intensiv bombardmanlarına məruz qalan Xarkov şəhərində isə yeni hücumlardan qorxan və qaçmağa çalışan insanlar vağzallara axışıb və burada böyük izdiham yaradıb.
Döyüşlərdə həlak olan mülki ukraynalılar isə kütləvi məzarlıqlarda basdırılmağa başlanıb.