Amerika mətbuatının yazdığına görə, Donald Tramp respublikaçıların bir toplantısında ABŞ prezidenti Co Baydenin Rusiyanı vurmayacaqlarını söyləməkdən əl çəkməli olduğunu deyib.
NATO-nu “kağız pələng” adlandıran Tramp, “Hansı məqamda bizə insanlığa qarşı bu kütləvi cinayətlərə dözə bilməyəcəyimiz deyiləcək? Biz bunun baş verməsinə, davam etməsinə icazə verə bilmərik” deyib.
ABŞ-ın F-22 döyüş təyyarələrinə “Çin bayrağı” asaraq Rusiyanı bombalamasını, sonra isə “günahı Çinin üzərinə atmasını” təklif edən Tramp, “onlar bir-birləri ilə döyüşməyə başlayırlar, biz də oturub baxırıq” deyib.
Respublikaçı senatorlar isə Trampın bu sözlərini gülüşlə alqışlayıblar.