ABŞ dövlət katibi Antoni Blinken Ukrayna prezidenti Vladimir Zelenskinin öldürüləcəyi təqdirdə Ukraynanın administrasiyanın davam etdirilməsi planının olduğunu bildirib.
Amerikanın CBS kanalına danışan Blinken Zelenskinin gələcəyini və Rusiya-Ukrayna müharibəsini dəyərləndirib.
Zelenskinin bir neçə dəfə görüşdüyü liderlərə "Bu, son görüşümüz ola bilər" dediyini xatırladan, aparıcının "Rusiya Zelenskini öldürsə nə olacaq? Ukraynada onun olmadığı bir administrasiyaya dəstək vermək üçün fövqəladə bir planınız varmı?" sualına Blinken “Ukraynalıların bununla bağlı detallarını açıqlamadığım planları var, amma onu deyə bilərəm ki, biz administrasiyanın bu və ya digər şəkildə davam etməsini istəyirik” cavabını verib.
TAHİR