Ukrayna prezidenti Zelenski Ukrayna üzərində uçuşa yasaq bölgə tələbinin cavabsız qalması, müdafiə üçün ABŞ və Avropanın onlara təyyarə verməməsini sərt tənid edib.
Zelenski sosial şəbəkədə yayımladığı videoda dünya liderlərinə uçuşa qadağa zonası yaradılması tələbini yenidən dilə gətirib.
“Biz xalqıq və bizi qorumaq sizin insani borcunuzdur. Bunu edə bilərsiniz. Heç olmasa, özümüzü qorumaq üçün bizə təyyarə verməsəniz, bu, yalnız bir anlama gələcək: Siz də bizim yavaş-yavaş ölməyimizi istəyirsiniz”, - deyə Zelenski bildirib.
TAHİR