Rusiya Müdafiə Nazirliyi Ukraynaya yardım edən ölkələri hədələyib.
Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələrinin digər ölkələrin hava bazalarından istifadə etməsi ölkələrin silahlı münaqişədə iştirakı kimi qiymətləndirilə bilər.
“Bu ölkələrin aviabazalarının Ukrayna təyyarələri üçün baza kimi istifadə edilməsi, sonra isə bu təyyarələrin Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə edilməsi bu ölkələrin silahlı münaqişədə iştirakı kimi qiymətləndirilə bilər”, - Rusiya Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
TAHİR